XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 12:27

Sabah hava necə olacaq? –Proqnoz

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-23, Bakıda gecə 12-14, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Oktyabrın 11-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.