XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 15:22

Prezidentin köməkçisi:“Ermənistanı sülhə məcburetmə əməliyyatının birinci mərhələsi başa çatıb”

“Azərbaycanın əks-hücumu ilə status-kvo dəyişdirildi”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, 30 il ərzində Ermənistanın işğal siyasəti gündən-günə güclənirdi: “Ermənistan Cəbrayılda, digər işğal olunmuş ərazilərdə süni məskunlaşma siyasəti aparırdı və Ermənistanın bu addımına reaksiya verilmirdi. Artıq indi təmas xətti anlayışı yoxdur. Ermənistan təmas xəttini guya qondarma rejimlə Azərbaycan arasında sərhəd anlayışı kimi təqdim etmək istəyirdi”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, sülhə məcburetmə əməliyyatının birinci mərhələsi başa çatıb: “Beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Moskvada danışıqlarda iştirak etjdi. Müvəqqəti atəşkəs Cenevrə konvensiyasından da irəli gələn addımdır. Ancaq Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alır”.

H.Hacıyev nəzərə çatdırıb ki, 10 gün ərzində Cəbrayıl və kəndləri, o cümlədən Dağlıq Qarabağda Hadrut yaşayış qəsəbəsi və ətraf kəndlər işğaldan azad edilib: “Bu, Ermənistana böyük psixoloji zərbədir. Münaqişələr tək hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir. Əsgərlərimizin qazandığı uğurları diplomatik cəbhədə davam etdirməliyik. Hərbi qələbələrimizin davamı olaraq diplomatik-siyasi cəbhədə də üstünlüyümüz davam edir”.