XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 15:42

Nazir:“Status-kvo dəyişməli idi, bunun üçün Ermənistana təzyiqlər edilmirdi”

“Dünən BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı Nazirlər Konfransının bəyanatı qəbul edilib”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov deyib ki, bəyanatda Ermənistanın təxribatı qınanıb, üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənib: “Bu, işğalçıya bir mesajdır”.

Nazir qeyd edib ki, Moskva görüşündən əvvəl Cenevrədə Minsk Qrupunun həmsədrləri ilə görüşü olub: “Status-kvo dəyişməli idi və bunun üçün Ermənistana təzyiqlər edilmirdi. Həmsədrlərlə danışıqlarda aydın oldu ki, onlar da bunu başa düşür. Bu, Ermənistan üçün də zəruridir. Münaqişə həllini tapmadıqca Ermənistanın inkişaf perspektivləri yoxdur. 10 gün ərzində həyata keçirilən əməliyyatlar bir sıra istiqamətlərdə prosesin sürətlə irəli aparılması üçün zəmin yaradır”.

Xarici İşlər naziri qeyd edib ki, qarşımızda böyük məqsəd və hədəflər var: “Buna nail olmaq üçün bütün imkanlarımızdan istifadə edərək sistemli şəkildə addımlar atmalıyıq”.