XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 16:13

Hikmət Hacıyev:"Danışıqlar davam etdiriləcəksə, konkret gündəlik və vaxt çərçivəsi olmalıdır"

“Status-kvonun uzun müddət saxlanmayacağı hər kəs üçün bəlli oldu. Hər kəs gördü ki, Azərbaycan uzun müddət gözləmək niyyətində deyil”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov deyib ki, Azərbaycan münaqişənin siyasi yolla həlinin tərəfdarıdır: “Ancaq Azərbaycanın hər zaman münaqişəni hərbi yolla həll etmək hüququ var. Yaxın zamanda vəziyyətin gedişi göstərəcək ki, Ermənistan hansı yola üstünlük verəcək. Birmənalı şəkildə Azərbaycan öz qanuni hüquqlarını, ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Hamı üçün tam aydındır ki, Azərbaycan xalqının əzmi bu istiqamətdə çox yüksəkdir. Kimlərsə düşünürdüsə ki, bu konflikt artıq tarixdir, Azərbaycan xalqı buna daha səbrlə yanaşa bilər, səbr kasasının artıq dolması hər kəs üçün aydın oldu. Məlum odu ki, status-kvonun süni saxlanması heç kəsə fayda vemir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə  qeyd edib ki, danışıqlar davam etdiriləcəksə, konkret gündəlik və vaxt çərçivəsi olmalıdır: “BMT-nin qətnamələrində də konkret vaxt cədvəli vardı, hansı gündə, ayda erməni qoşunlarının çıxarılması əksini tapmışdı. Minsk Qrupunun səyləri də buna yönəlməlidir ki, işğal amili aradan qalxsın”.