XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 16:39

Ceyhun Bayramov:"Həmsədr ölkələr iş metodlarına yenidən baxmalıdırlar"

“Biz bütün həmsədr ölkələrlə sıx işləməliyik”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov deyib ki, Azərbaycan tərəfi Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib: “Bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür”.

Xarici İşlər naziri qeyd edib ki, Rusiya Azərbaycana qonşu ölkədir: “Rusiya ilə strateji münasibətlərimiz var. Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlandı. Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışları edir və biz bunu normal qəbul edirik”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  isə nəzərə çatdırıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən 30 il ərzində nəticə əldə olunmadı: “Həmsədr ölkələr də bundan narahatdırlarsa, iş metodlarına yenidən baxmalıdırlar. Fəaliyyət BMT qətnamələri əsasında, konkret vaxt çərçivəsi əsas götürərək qurularsa, nəticə olar. Minsk Qrupunun bütün ölkələri fəal olmalıdır. Azərbaycan həmişə müraciət edib ki, Minsk Qrupunda iştirak edən Avropa ölkələri də mövqelərini bildirsinlər. Ermənistana vaxtında adekvat cavab verilməməsi də bugünkü gərgin vəziyyətin səbəblərindən biri olub”.