XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 20:45

ANAMA qadağan olunmuş sursatlar və “TOÇKA-U” raketi aşkarladı

Oktyabrın 10-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd bomba daşıyan 9M525 raketi aşkar olunub.

ANAMA-dan APA-ya verilən məlumata görə, aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 partladıcılar var. Bunlar “Kaset sursatlar haqqında konvensiya”-ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir.

Həmçinin qeyd olunan tarixdə Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış “TOÇKA-U” taktiki raketi (9M79M) aşkar olunub.