XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2020 - 10:39

Gürcüstanda koronavirus:daha 478 nəfər yoluxub, 6 nəfər vəfat edib

Gürcüstanda son sutkada koronavirusa 478 yeni yolxma faktı təsdiqlənib, 211 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 12 272 nəfərə çatıb. Sağalanların sayı 6 538, vəfat edənlərin sayı isə 91 olub.

Hazırda karantində 5 590, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz və ya yüngül keçirən 1 393 nəfər isə xüsusi otellərdə müalicə olunur. (report)