XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 11:13

Ermənistanda koronavirus:daha 370 nəfər yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 56 821 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 370 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 026 nəfər koronavirusdan ölüb, 9 598 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.