XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 12:39

Azərbaycan yığması ev oyununu ölkə xaricində keçirəcək –9099 gündən sonra

Azərbaycan yığması Millətlər Liqasının ikinci ev oyununu ölkə xaricində keçirəcək.

Kiprlə Albaniyada baş tutacaq sabahkı qarşılaşma millinin tarixində 6-cı belə matç olacaq.

Komandamız indiyədək 5 ev oyununu xaricdə keçirib. Bu, AVRO-1996-nın seçmə mərhələsinə təsadüf edib.

Həmin vaxtda da indiki kimi təxribatçı Ermənistanın silahlı hücumları üzündən yığmamız Bakıda oynaya bilməyib. Komandamız beynəlxalq arenadakı debüt etdiyi turnirin bütün görüşlərini qardaş Türkiyədə keçirib.

Millimiz Trabzondakı Hüseyin Avni Aker stadionunda oynadığı 5 qarşılaşmadan dördünə Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxıb. Bu matçların hamısında uduzan Azərbaycan yığması burada 1 qola imza atıb. Bu topun müəllifi Nazim Süleymanov olub.

25 il öncəyə təsadüf edən son belə görüş Polşaya qarşı olub. Kazbek Tuayevin rəhbərliyi altında meydana çıxan yığma tarixində ilk dəfə seçmə oyununda xal qazanıb – 0:0. Həmin matçdan 9099 gün sonra milli bu dəfə Elbasana ev sahibi kimi çıxacaq.

Millimizin ölkə xaricindəki ev oyunları
AVRO-1996-nın seçmə mərhələsi

16 noyabr 1994. Trabzon. Azərbaycan – İsrail – 0:2
13 dekabr 1994. Trabzon. Azərbaycan – Fransa – 0:2
26 aprel 1995. Trabzon. Azərbaycan – Rumıniya – 1:4
16 avqust 1995. Trabzon. Azərbaycan – Slovakiya – 0:1
15 noyabr 1995. Trabzon. Azərbaycan – Polşa – 0:0

(Apasport.az)