Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1969-cu il təvəllüdlü Alıyev Alik Qəmbər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.