XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 22:12

İsrailli ekspert:"Biz əmin olduq ki, Ermənistan humanizmin nə olduğunu bilmir"

Gəncənin dinc sakinlərini atəşə tutan hər kəsi beynəlxakq qanunlara uyğun mühakimə etmək lazımdır.

Bunu Trend-ə “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Kiryat Byalik şəhər bölməsinin rəhbəri Sevin Hanukayev deyib.

O bildirib ki, bu əməl əsl soyqırımıdır: ““Smerç”, “Qrad”, “Toçka U” kimi raketləri dinc sakinlərin üzərinə buraxmaq qadağan olunub. Biz əmin olduq ki, Ermənistan humanizmin nə olduğunu bilmir. Ermənistanın bu əməlləri təkcə Azərbaycan xalqına deyil, həm də Rusiya xalqına qarşı yönəlib. Hər iki tərəf atəşkəsə razı olduqdan sonra bu cür addım atmaq faşizmdən də pisdir. Hətta faşistlər də ermənilərin indi etdiklərini etmirdilər”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə danışan ekspert bildirib ki, əgər Rusiya bu təşkilatı buraxsa, ya da Ermənistanı üzvlükdən uzaqlaşdırsa, bu, düzgün addım olacaq.