Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Strateq.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv qrup mərhələsinin IV turunda Kipr millisi ilə qarşılaşacaq.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda – Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qrupun digər oyununda lider Monteneqro Lüksemburqu qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.