XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2015 - 06:36

DYP hərəkətə keçdi – Kamran Əliyev açıqladı
Bakıda Binəqədi rayonunda yanğın baş verən binanın sakinlərinin sürücülük vəsiqələri və istifadədə olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri yararsız vəziyyətə düşübsə, onlar qısa müddət ərzində pulsuz bərpa ediləcək.
Bu barədəDaxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib: “Binanın sakinlərindən xahiş edirik ki, müvafiq sənədləri bərpa etmək istəyənlər Baş Dövlət Yol Polisi İdarəsinə gəlsinlər. Əlaqə saxlamaq istəyənlər hər gün səhər 09:00-dan 18:00-a qədər 5908105, 5908107 nömrələrinə zəng edə bilərlər”.
Trend