XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 12:53

Sabah hava necə olacaq? –PROQNOZ

Oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Strateq.az-a verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz təşkil edəcək. 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.