XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 15:25

Katerina Jidkova:"Azərbaycanda baş verən hadisələrin buna təsir yoxdur"

Azərbaycan millisinin sabiq voleybolçusu Katerina Jidkova Yunanıstanın AEK klubundan ayrılmasına aydınlıq gətirib. 

31 yaşlı hücumçu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcəyini deyib.

Jidkovanın sözlərinə görə, AEL-dən ayrılmasında hansısa hadisələr rol oynamayıb: “Müqaviləni pozub, komandadan ayrılıram. Biz anlaşmaya qarşılıqlı razılıq əsasında xitam veririk. Azərbaycanda baş verən hadisələrin buna təsir yoxdur. Dağlıq Qarabağdakı müharibənin komandadan getməyimlə bağlılığından söhbət gedə bilməz”. 

Qeyd edək ki, Jidkova AEK-lə ötən ay bir mövsümlük müqavilə imzalamışdı/ApaSport