XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 19:05

Ronaldu koronavirusa yoluxdu –Federasiya məlumat yaydı

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu koronavirusa yoluxub.

Bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. 35 yaşlı hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.

Beləliklə, Ronaldu sabah Millətlər Liqasında İsveçlə matçı buraxacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu A Seriyasının növbəti turunda “Krotone” ilə matçı (17 oktyabr) və UEFA Çempionlar Liqasının ilk turunda Ukrayna “Dinamo”su (Kiyev) ilə görüşdə də iştirak etməyəcək/Report.