XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 19:52

“Dərs vaxtı”nın sabaha olan qrafiki açıqlandı –Cədvəl

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 14-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Strateq.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir: “Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər”.