Bu gün UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması Kiprlə qarşılaşıb.
Strateq.az xəbər verir ki, 27-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Qara Qarayev penaltini yerinə yetirə bilməyib.
Beləliklə, oyun bərabərliklə bitib – 0:0.
Komandamız bununla da qrupda 4-cü xalını qazanıb və 3-cü pillədə qərarlaşıb.
Qrupun lideri isə 3 oyuna 9 xal toplayan Monteneqro yığmasıdır.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib. Yığmamız üçüncü turda Monteneqroya məğlub olub – 0:2.