XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 13:15

Gəncədəki Rus Pravoslav kilsəsində raket zərbələrinin qurbanlarını anma mərasimi keçirilir- FOTO

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi terror aktlı nəticəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə həlak olanların ruhuna dualar oxunub. Kilsənin keşişi Denis Sotnikov Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan Ordusuna qalibiyyət arzulayıb.

Qeyd edək ki, bu il oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 40-dək şəxs yaralanıb. Hadisə nəticəsində 3 azyaşlı hər iki valideynini itirib.

Gəncənin raket atəşinə tutulması nəticəsində Aleksandr Nevski Rus Pravoslav kilsəsinə də ziyan dəyib.