XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 12:34

Avstraliyadakı azərbaycanlılar ölkənin təhlükəsizlik orqanlarına müraciət edib- Erməni lobbisi ilə bağlı

Avstraliyada yaşayan soydaşlarımız ölkənin təhlükəsizlik orqanlarına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycan-Avstraliya Assosiyasının (AAA) prezidenti Mikayıl Oytanın imzası ilə bu ölkənin təhlükəsizlik orqanlarına ünvanlanan məktubda erməni lobbisinin Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qüvvələri maliyyəşdirməsindən bəhs olunub.

Məktubda qeyd edilib ki, “Homenetmen Ararat” və “Hamazkaine Təhsil və Mədəniyyət Cəmiyyəti” terrorizmi dəstəkləmək üçün vəsait toplayır. “Onlar “Banağımıza (ordumuza) kömək edək” adı altında Facebook səhifələrindəki paylaşımlarında 119.000 dollar topladıqlarını iddia edirlər. Vəsaitin Azərbaycanın qanuni ərazisi olan Dağlıq Qarabağ üçün toplanıldığı bildirilir”.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında müharibə getdiyi, suriyalı döyüşçülərin və PKK terror təşkilatı üzvlərinin erməni muzdluları ilə birlikdə Azərbaycana qarşı bu müharibədə iştirak etdiyi bildirilir.

Məktub müəllifi nəzərə çatdırıb ki, erməni lobbisinin topladığı vəsait məhz BMT-nin 4 qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini indiyədək işğalda saxlayan Ermənistanın müharibəyə cəlb etdiyi xarici terrorçuları dəstəkləmək üçündür: “Bu toplanan vəsait xeyriyyə məqsədləri üçün deyil, Azərbaycanın mülki əhalisinə qarşı təcavüz və terror törədən qanunsuz hərbi birləşmələrin dəstəklənməsinə sərf olunacaq”.

Soydaşımız təhlükəsizlik orqanlarını bu faktların yoxlanılmasına və terrorçu dəstələrin uzaq və sülhpərvər Avstraliyadan maliyyələşməsinin qarşısını almağa çağırıb.