XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 12:55

Sabah hava necə olacaq? –Proqnoz

Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq  küləyi əsəcək.  

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 21-23, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz  15-20 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.