XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 21:07

“Avropa Ermənistanla öz enerji təhlükəsizliyi arasında seçim etməlidir”- Türkiyə hökuməti

Avropa Azərbaycanın vacib rol oynadığı enerji təhlükəsizliyi ilə Ermənistan arasında seçim etməlidir.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilk növbədə Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir:

“Əgər Avropa öz enerji təhlükəsizliyində maraqlıdırsa, o zaman atəşkəs rejiminə əməl etməsi üçün Ermənistana təzyiq göstərməlidir. Azərbaycan Avropanın vacib enerji tərəfdaşıdır və öz enerji mənbələrinin şaxələndirilməsinə ehtiyac var. Ona görə Avropa bu amili diqqətdən qaçırmamalıdır”.

Qeyd edək ki, ilin sonunadək Xəzər regionundan Avropaya qaz tədarükünü təmin edəcək və yeni marşrut açacaq “Cənub Qaz Dəhlizi”nin işə salınması gözlənilir.