XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 23:53

İvanovka qəsəbəsində yaşayan malakanlar ordumuza dəstək yürüşü təşkil edib- FOTO

İsmayıllı rayonunun İvanovka qəsəbəsində yaşayan malakanlar bir yerə toplaşaraq Qarabağın erməni işğalından azad olunması uğrunda cəbhədə döyüşən əsgərlərimizə dəstək nümayiş etdirib, daim onların yanında olduqlarını bildiriblər. 

APA-nın yerli bürosunun xəbərinə görə toplantı zamanı malakanlar əsgərlərlə birgə döyüşlərə qatılmaq istədiklərini deyiblər.

Bildirilib ki, hazırda İvanovkadan bir neçə gənc könüllü olaraq Qarabağ uğrunda döyüşlərdə iştirak edir. Bu da qəsəbə sakinlərini daha da ruhlandırır.

Toplantıda malakanlar Azәrbaycan Ordusu üçün dualar edib, Tanrıdan kömәk dilәyib, kəndin ağsaqqalları ayinlər oxuyublar. Vətәnpәrvәrlik nümayiş etdirən gənclәr isә İvanovkanın küçәlәrindә yürüş təşkil edәrәk orduya dəstək şüarları sәslәndiriblәr.