Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti- “Azerros”un Ağsaqqalar Şurasının sədri Abbas Abbasov Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verib.
“Bu matəm günlərində biz hamımız baş vermiş bu ağır itkilərə görə kədərlənirik. Fəlakətə uğramış insanların faciəsini öz şəxsi faciəmiz kimi qəbul edirik”-deyə A. Abbasov yazıb.