XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 23:00

Kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi…- Qaydalar

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 11 bir aya qədər icarəyə və ya istifadəyə verilməsi ilə bağlı müqavilə notarius tərəfindən “Elektron notariat” informasiya sistemi vasitəsilə həmin torpaq sahəsinə dair qüvvədə olan müqavilə müəyyən edilmədiyi halda təsdiq ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin  “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.

Müqavilədə torpaq sahəsini icarəyə və ya istifadəyə verənin icarəçiyə və ya istifadəçiyə üçüncü şəxslərin hüquqlarından və ya hər hansı məhdudiyyətdən azad torpaq sahəsini verməsi qeyd edilməlidir.