XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 18:20

Prezident:“Hadrutda artıq neçə gündür, Azərbaycan bayrağı dalğalanır”

“Bu günə qədər yalan propaqandalar aparırlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Hadrutun guya azad edilməməsi barədə erməni tərəfində aparılan propaqanda ilə bağlı suala cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, Hadrutda artıq neçə gündür, Azərbaycan bayrağı dalğalanır və Hadrutun ətrafında yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir: “Hadrut götürülməsəydi, ondan sonra Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi. O zaman Füzuli kəndləri də götürülə bilməzdi. Biz yalnız Hadrut istiqamətindən ora irəlilədik”.