XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2020 - 12:12

Dövlət başçısı:“Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması strateji nöqteyi-nəzərdən bizə növbəti üstünlüklər verir”

“Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi təbii ki, bu sirr deyil. Biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik, ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi, ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl, o cümlədən Füzuli rayonlarının bir çox kəndləri işğaldan azad edildi və məhz ondan sonra Füzuli şəhərini biz işğalçılardan azad edə bilmişik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Prezidentin düşmənin son mərhələdə öz silahlarını qoyub qaçdığını bildirib: “Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da… Bu gün məndə olan məlumatlara görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan böyük bir ölkədir. Bu gün tarixi bir gündür. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini birlikdə yazırıq. Həmrəylik göstərərək, qarşılıqlı dəstək göstərərək, birlik göstərərək bu şanlı tarixi bu gün biz yazırıq. Biz xoşbəxtik ki, biz bu anları yaşayırıq”.