XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2020 - 22:14

Ön cəbhədə xidmət edirəm və özümlə fəxr edirəm!- Yəhudi əsilli Azərbaycan vətəndaşı

Yəhudi əsilli Azərbaycan vətəndaşları Dağlıq Qarabağda cəbhənin ön xəttində xidmət edirlər və hər gün daha çox torpaqlarımızın erməni işğalından azad edilməsinə kömək edirlər.

Trend-in məlumatına görə, bu cəsur oğlanlardan biri də cəbhəyə ilk gedənlərdən biri olan Daniel Zabrailovdur.

D.Zabrailov bu barədə video çəkərək Azərbaycanın Quba rayonunda anadan olduğunu qeyd edib:

“Bu gün ön cəbhədə xidmət edirəm və özümlə fəxr edirəm! 30 ildir işğal altında olan torpaqları azad edəcəyik. Biz bundan əminik! Dostlarım və mən buna ürəkdən inanırıq. İsrail xalqına müraciət etmək istəyirəm – bizə dəstək olun, bizim üçün dua edin! Haqq Azərbaycanladır! Qarabağ Azərbaycandır!”.