XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 10:00

Milli komandamızQazaxıstan futbolçularına uduzdu

Dünən futbol üzrə milli komandamız Türkiyənin Antalya şəhərində Qazaxıstan futbolçuları ilə yoldaşlıq oyunu keçirib. Oyun 1:0 hesabı ilə Qazaxıstan komandasının xeyrinə başa çatıb. Yeganə qol millimizin qapısına oyunun 8-ci dəqiqəsində vurulub.

Məğlubiyyətə baxmayaraq, baş məşqçi komandamızın oyunundan razı qaldığını söyləyib. ”Bu bizim üçün yaxşı sınaq oldu. Yol verdiyimiz səhvlər üzərində işləyəcəyik” –deyə Robert Prosineçki bildirib.

Xatırladaq ki, Qazaxıstan yığması FİFA-nın son reytinq cədvəlində 125-ci, Azərbaycan millisi isə 112-ci yeri tutur(azərtac).