XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 17:29

Polşa Milli Stadionu xəstəxanaya çevrilib –Koronavirusa görə

Polşa Milli Stadionu koronavirus infeksiyasından əziyyət çəkən xəstələrə xidmət edəcək.

Məlumata görə, 60 min tamaşaçı tutumuna malik olan arena hökumətin sərəncamına verilib.

Buna səbəb koronavirus xəstələrinin sayının çox olması və xəstəxanalarda boş yerlərin qalmamasıdır. Varşavadakı stadionun tribunalarının arxasında tibbi xidmət göstərmək üçün konfrans zalları var. Arenaya həftəsonundan etibarən xəstələrin qəbulu üçün artıq 500 çarpayı yerləşdirilib.

Hökumət rəsmiləri kifayət etməyəcəyi təqdirdə, Polşanın 16 inzibati bölgəsinin hər birində səhra xəstəxanaları yaradılmağın mümkünlüyünü vurğulayıblar/APA.