XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 22:41

“WhatsApp”dan yenilik:masaüstü kompüterlər üçün videozəng funksiyası sınaqdan keçirilir

“WABetaInfo” insayder resursunun məlumatına görə, populyar messencerin tərtibatçıları messencerin masaüstü versiyası üçün səsli və videozəng funksiyasını sınaqdan keçirir.

Azərtac xarici saytlara istinadən xəbər verir ki, dərc edilmiş ekran görüntülərinə əsasən, müvafiq funksiyalar artıq beta sınaq mərhələsindədir.

Ekran görüntülərinə əsasən, zəng daxil olduqda kompüterin ekranında cavab vermək və ya imtina etmək kimi seçimlərdən ibarət üzə çıxan pəncərə yaranır.

Həmçinin “WABetaInfo” resursunun məlumatına görə, tərtibatçılar messencerin veb-versiyası üçün qrup halında səsli və videozəng xidməti hazırlayırlar.

Daha əvvəl bu funksionallıq messencerin “iOS” və “Android” üçün versiyalarında əlçatan olub. Messencerin tərtibatçıları masaüstü kompüterlər üçün müvafiq funksionallığın çıxarılma tarixini açıqlamayıblar.