XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 18:38

Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdülər

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza mənəvi dəstək məqsədilə təqaüdlərini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

BANM-dən bildiriblər ki, informasiya təhlükəsizliyi ixtisasının tələbəsi Eyyub İsmayıl, neft-qaz mühəndisliyi ixtisasının tələbələri Gülüstan Kərimova və Rəhimə Abbasova, magistratura səviyyəsi üzrə texniki sistemlərdə informasiya və idarəetmə ixtisasının tələbəsi Pakizə Paşayeva 1 aylıq təqaüdlərini Fonda ianə ediblər.

Xatırladaq ki, hazırda Bakı Ali Neft Məktəbinin tələbələri və məzunları informasiya savaşının fəal iştirakçıları qismində çıxış edirlər. Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sosial şəbəkə platformalarından istifadə etməklə kiberfəzada olduqca fəallıq nümayiş etdirirlər.