XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 20:56

Üzərində “Karabakh is Azerbaijan” yazılan promo avtomobillər London küçələrində- FOTO

Böyük Britaniyanın mərkəzi Londonda Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu yerli vətədaşlara tanıtmaq üçün sosial layihə həyata keçirilib.

Trend-in məlumatına görə, “Facebook” və “İnstagram” sosial şəbəkələrində fəaliyyətə başlayan “Karabakh” səhifələrinin müəllifləri tərəfindən London küçələrinə üzərində iri hərflərlə “Karabakh is Azerbaijan” yazıları olan promo avtomobillər buraxılıb.

Həmin avtomobillər Londonun mərkəzi küçə və prospektləri boyu hərəkət edərək insanlara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə apardığı barədə məlumat verib. Bu aksiya London sakinləri, şəhərdə olan turistlər və jurnalistlər tərəfindən maraqla qarşılanıb.