XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2016 - 14:53

Axtarış sistemləri Azərbaycanda yay vaxtının ləğv olunduğununəzərə almayıb

Google və Yandexin axtarış maşınları lazımi səviyyədə köklənməyib

"Google" və "Yandex" axtarış sistemləri Azərbaycanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə almayıb.

Strateq.az report.az-a istinadən xəbər verir ki, Azərbaycanda yay vaxtına keçid, yəni saatların qabağa çəkilməsi martın 27-si səhər 4-də baş verməli idi, lakin bir müddət əvvəl ləğv edildiyindən bu olmadı.

Görünən odur ki, "Google" və "Yandex"in axtarış maşınları lazımi səviyyədə köklənməyib və "Bakıda saat neçədir?" sorğusuna hazırki vaxtdan bir saat irəlini göstərir.