XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 21:22

BMT Baş katibinin müavini Ermənistanın ölkəmizə qarşı təxribatları barədə məlumatlandırılıb

Oktyabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos ilə video formatda görüşü baş tutub.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Migel Anhel Moratinos Azərbaycan dövlətinin mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafında, ümumbəşər dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edərək, QMİ sədrinə regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bildirib və onun bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.

Söhbət əsnasında QMİ sədri BMT Baş katibinin müavinini Ermənistanın Azərbaycana qarşı təxribatlarından və işğalçı dövlətin Gəncə şəhərinə çoxsaylı insan tələfatı ilə nəticələnən raket hücumlarından bəhs edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, eyni zamanda, ABŞ-da yerləşən “Vicdana çağırış” Fondunun prezidenti, ravvin Artur Şnayerlə də video konfrans formatında görüşüb.

QMİ sədri Allahşükür Paşazadə Artur Şnayerin Azərbaycanda sadiq dost kimi tanındığını vurğulayıb.

Öz növbəsində, ravvin Artur Şnayer Allahşükür Paşazadənin genişmiqyaslı beynəlxalq fəaliyyətini rəğbətlə izlədiyini və ona dinlərarası əlaqələrin inkişafı yolundakı fəaliyyətinə tam dəstək verdiyini dilə gətirib.

Görüş zamanı ravvin Artur Şnayer Ermənistanın ölkəmizə qarşı təxribatları barədə ətraflı məlumatlandırılıb(azərtac).