XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 22:30

“Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu”- Rusiyalı politoloq

Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində qarşıdurmaya Rusiyanı cəlb etmək ümidləri puç oldu.

Bunu Trend-ə rusiyalı politoloq Andrey İvanov deyib.

O bildirib ki, ötən gün “Valday” klubunda çıxış edərkən “Azərbaycan ərazilərinin bir hissəsinin itirilməsi ilə bağlı vəziyyət əbədi davam edə bilməz” deyən Rusiya Prezidenti Vladimir Putin bu açıqlama ilə Rusiyanın Azərbaycana öz torpaqlarını azad etməkdə mane olmayacağını açıq bəyan edib:

“Bu, gözlənilən idi. İndi bütün iri dövlətlər münaqişənin bitməsini gözləyəcək və yaranacaq vəziyyətlə razılaşacaq. Hamı ən yaxşı variant olaraq xəritədə qeyd olunmuş sərhədlərin tam bərpasını görür. Paşinyanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində qarşıdurmaya Rusiyanı cəlb etmək ümidləri puç oldu”.

Politoloq əlavə edib ki, Moskva hər zaman müşahidəçi olub və bu münaqişədə iştirak etmək niyyətində olmayıb.