XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 10:31

İrlandiyada bircinsli nikahlara icazə verilməsi ilə bağlı referendum keçirilir

Irlandiya.jpg

İrlandiyada bircinsli nikahlara icazə verilməsi ilə bağlı referendum keçirilir. Bu ideyanı ölkənin bütün siyasi qüvvələri və baş nazir Enda Kenni dəstəkləyir. Əgər refendumdan müsbət nəticə çıxsa, onda İrlandiya bircinsli nikahların ənənəvi nikahlara bərabər tutulmasını ümumxalq səsverməsi yolu ilə rəsmiləşdirən ilk ölkə kimi tarixə düşəcək.

Bu barədə məlumat verən Euronews kanalı qeyd edir ki, İrlandiya Avropada ən mühafizəkar ölkələrdən sayılırdı. 20 il əvvəl bu ölkədə homoseksualizm cinayət təqibi predmeti idi.

Əgər referendumdan müsbət qərar çıxsa onda, ölkə Konstitusiyasını və bir çox qanunları dəyişmək lazım gələcək.

Referendumun nəticələri sabah elan olunacaq

Strateq.az