XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2020 - 11:45

Gürcüstanda koronavirus:daha 1 928 nəfərdə virus aşkarlandı

Gürcüstanda son sutkada daha 1 928 nəfərdə koronavirus aşkarlanıb, 604 nəfər sağalıb, 8 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 28 431-ə çatıb. Sağalanların sayı 10 767, vəfat edənlərin sayı isə 201-dir.

Hazırda karantində 4 112, stasionar nəzarətdə 3 766 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2 268 nəfər isə xüsusi otellərdə müalicə alır. (report)