XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 11:23

Ermənistanda COVİD-19:son sutkada 973 nəfər yoluxub, 16 nəfər ölüb

Ermənistanda daha 973 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 78 810-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda – 16 nəfər artaraq 1 196-ya çatıb. İndiyədək 51 162 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 26 113 aktiv koronavirus xəstəsi var. (report)