XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 13:01

“Orfoepiya lüğəti”nin layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq –Möhsün Nağısoylu

“AMEA-nın Nəsimi adına Dilçilik İnsititutu tərəfindən hazırlanan “Azərbaycan dilinin orfoepiya lüğəti”nin layihəsiə təqdim olunan müxtəlif qurumlar tərəfindən müsbət rəy verilib”.

Bunu Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, layihə Nazirlər Kabinetinə təqdim olunacaq:

“Yəqin ki, “Orfoepiya lüğəti”nin layihəsini bu həftə Nazirlər Kabinetinə təqdim edərik”, -deyə direktor əlavə edib.

Qeyd edək ki, bununla əlaqədar Orfoepiya Komissiyası və onun nəzdində İşçi qrupu yaradılıb. Komissiyanın sədri M. Nağısoylu seçilib. (apa)