XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2016 - 13:00

“Azercell” abunəçilərinə müraciət etdi –Səbəb

azercell_logo_231013

Azərbaycanda yay vaxtına keçidin ləğv ediməsi ilə əlaqədar olaraq və çoxsaylı abunəçi müraciətlərini nəzərə alaraq “Azercell Telekom” MMC xəbərdar edir: vaxtın avtomatik dəyişdirilməsi proqramı mobil telefonların, xüsusilə də smartfonların əməlıyyat sisteminə istehsalçılar tərəfindən əvvəlcədən quraşdırılırıldığı üçün telefonların göstəriciləri əvvəlki qaydada yay vaxtına keçə bilər.

İstifadənizdə olan mobil cihazda Azercell-in fəaliyyətindən asılı olmayan və şirkətin müdaxilə imkanından xaric yaranan yanlış zaman göstəricilərini (yay vaxtını) real vaxt göstəricilərinə uyğunlaşdırmaq məqsədilə cihazın mexaniki vaxt dəyişmə funksiyasından fərdi şəkildə istifadə edərək lazımi saatı quraşdırmağı təklif edirik.