XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 19:04

Dövlət Turizm Agentliyinin vəzifəsi artırılıb –Hökumətdən qərar

Nazirlər Kabineti Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydasına dəyişiklik edib.

Baş Nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin vəzifəsi artırılıb.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqların ərazilərinə münasibətdə milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, milli mədəni irsə aid edilən kulinariya nümunələri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə cavabdeh qurum Dövlət Turizm Agentliy olacaq/APA.