XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 21:37

ANAMA Bərdənin kəndlərində kasetli bombanın qalıqlarını aşkarlayıb –FOTOLAR

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mülki əhalinin sıx yaşadığı Bərdə rayonunun Alpout, Qarayusifli və Göyüşlü kəndlərinin erməni hərbi qüvvələri tərəfindən hədəfə alınması barədə məlumat yayıb.

ANAMA-dan Strateq.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən əraziyə baxış zamanı 1 ədəd 300 mm 9M525 tipli raketin və tərkibindəki 72 ədəd 9N235 bombacığının qalıqları aşkar edilib.

Qeyd edilən bombacıqların partlaması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 4 nəfər həlak olub, 13 nəfər yaralanıb, 4 ev yararsız vəziyyətə düşüb.