XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 00:22

“Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində silah qaçaqmalçılığı ilə məşğul idi”- Moldovalı ekspert

Moldovanın TRIBUNA informasiya portalında Kişineu Effektiv Siyasət İnstitutunun direktorunun müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun “Silah qaçaqmalçılığı – Qarabağın Ermənistan tərəfindən işğalının əsas səbəblərdən biridir” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə silah qaçaqmalçılığı, silah alqı-satqısı və saxlanması ilə geniş məşğul olduğu qeyd olunub. (https://tribuna.md/ru/2020/10/26/ru)

“Hərbi əməliyyatlar başlamazdan əvvəl Ermənistan Müdafiə Nazirliyinin balansında yalnız rəsmi 150 tank qeydə alınmışdır, yəni cəmi bir neçə həftə ərzində Azərbaycan qoşunları tərəfindən məhv edilmiş tankların sayının yarısı. Bu əlavə tanklar haradan çıxdı və əsası bunlar harada saxlanılırdı, nəzərə alsaq ki, hər bir ölkə silahlarının “şəffaflığının” araşdırması üçün BMT mütəxəssislərinə “qapılarını açmalıdır?”,- məqalədə belə deyilir.

Müəllif məqalədə ermənilərin silah arsenalında təkcə tankların deyil, daha bahalı silahların da olduğunu qeyd edir. Adi hesablamalar Ermənistanın bu tankları və digər texnikanı öz ərazisində saxlamadığını göstərir. Bu, o dəməkdir ki, bütün bu silahlar Ermənistana gömrük qeydiyyatından yayınaraq qaçaqmalçılıq yolu ilə gətirilib və dərhal Dağlıq Qarabağa ötürülüb və orada saxlanılıb.

Həmçinin qeyd olunur ki, işğal olmuş ərazilərdə bu silahlar yalnız saxlanılmırdı, sonra “qara bazar”da satılırdı.

“Qaçaq silahların onların rəsmi qiymətlərindən bir neçə dəfə az olduğunu nəzərə alsaq, Ermənistan hakimiyyət orqanlarının bundan qazancının miqdarını yalnız təxmin etmək olar. Üstəlik, Ermənistan silah arsenalının bir çox hissəsini gizli “yardım” və ya müddətsiz geri qaytarılmayan kreditlər şəklində alır. Bu hərbi texnika əsasən terror təşkilatları və quldur birləşmələri tərəfindən alınırdı. Tam aydındır ki, bütün bunlar Ermənistan rəhbərliyinin xəbəri və ya birbaşa iştirakı olmadan baş verə bilməzdi”,- deyə müəllif qeyd edir.

Müəllif, eyni zamanda, Qarabağda qaçaqmal silahının mənbəyini də göstərir. O vurğulayır ki, Azərbaycan hakimiyyətinin dəfələrlə bu sxemada erməni mənşəli böyük rus sahibkarlarının iştirak etdiyini beynəlxalq sanksiyalar altında olan tanınmış silah alverçilərinin olduğunu göstərib. Bundan əlavə, silahların mülki təyyarələrdə, qaçaqmalçılıq yolu ilə Ermənistana gətirildiyi bildirilir.

Sonda müəllif qeyd edir ki, işğal olunmuş ərazilər üzərində nəzarəti itirməklə Ermənistan həm terror təşkilatlarından böyük “qara” qazancını, həm də qanunsuz yolla əldə edilmiş silahları gizlətmək imkanını itirir. “Bu Ermənistan üçün, Qarabağı həqiqi sahibinə sülh yolu ilə qaytarmamaq, müharibəni davam etdirmək üçün daha bir səbəbdir”,- deyə müəllif yazır.