XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 15:12

Belarus səfiri:"Ermənistan dinc şəhərlərə hücumlara son qoymalıdır"

“Dinc sakinlər, uşaqlar, qocalar belə faciələrə düçar olmamalıdır”.

“Report” xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadiy Axramoviç Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.

“Gəncə şəhərinin sakinlərinə, bütövlükdə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, bu hücumlar zamanı yaralananlara şəfa arzulayıram. Ölənlərin xatirəsi daim yaşayacaq. Mən Azərbaycan şəhərlərinə hücumları dayandırmağa çağırıram. Bu şəhər döyüş bölgəsindən uzaqdadır, burada hərbi obyekt də yoxdur. Bu insanların günahı nədir?”, – diplomat ən qısa vaxt ərzində sülh danışıqlara başlamağın vacibliyini söyləyib.

“BMT-nin qətnamələri təcili surətdə yerinə yetirilməlidir. Bu, Azərbaycanın haqlı tələbidir. Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək şərtilə səmərəli danışıqlara qayıtmaq vacibdir”, – diplomat deyib.