XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 22:28

İranlı generaldan xəbərdarlıq:"Şimal sərhədlərimizdə bütün hərbi hərəkətlər izlənilir"

“Ən yaxşı hava hücumundan müdafiə sistemlərinin Ərdəbil əyalətinin Araz çayı boyu sərhəd zolağına yerləşdirilməsi ilə İran sərhədləri yaxınlığındakı bütün hərbi hərəkətlər izləniləcək”.

Strateq.az “Təsnim” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu hava hücumundan müdafiə qüvvələrinin komandanı general Əlirza Səbahifərd bildirib.

Onun sözlərinə görə, ölkədəki 3700 hava hücumundan müdafiə nöqtəsi kimi, Ərdəbil əyalətinin sərhəd zolağı da çox vacibdir və hazırda bu ərazidə təhlükəsizliyi ciddi gücləndirmə tədbirləri görülür.

Səbahifərd ölkənin sərhəd bölgələrinin təhlükəsizliyini ordunun “qırmızı xətti” adlandırıb. “Hazırda İran sərhədləri yaxınlığında bütün hərbi hərəkətlər İslam Respublikasının hava hücumundan müdafiə qüvvələri və texnikasının iştirakı ilə gecə-gündüz izlənilir. İslami İran səmalarının təhlükəsizliyini təhdid edən hər hansı bir səhv və ya pozuntu mütləq ordunun müdafiə sistemləri və hava hücumundan müdafiə qüvvələrinin şiddətli müdafiəsi ilə qarşılaşacaq”.