XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 14:08

Ermənistan ordusunun təxribatı:"İndiyədək 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb"

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 406 yaşayış evi yararsız vəziyyətə düşüb.