XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 23:18

ATƏT:"Gərginlik başlayandan yükəsk səviyyədə müzakirələr aparılır"

Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli tənzimlənməsi ilə bağlı müzakirələr daim davam edir.

Bunu Trend-ə ATƏT-dən bildiriblər.

Təşkilatdan qeyd edilib ki, münaqişədə gərginlik başlayandan yükəsk səviyyədə müzakirələr aparılır və ATƏT bu prosesdə aktiv iştirak edir:

“ATƏT xüsusilə münaqişənin dayanıqlı, dinc yolla tənzimlənməsi üçün danışıqlar bazasının təmin olunması üzərində işləyir, müvafiq müzakirələr davam edir”.

Bundan başqa, qeyd olunub ki, təşkilat bir sıra bəyanatlarla çıxış edib və Dağlıq Qarabağ münaqişəsində davam edən zorakılıqla əlaqədar dərin narahatlığını bildirib. ATƏT bir daha bəyan edir ki, mülki şəxslər arasında itkilər heç bir halda qəbuledilən deyil.