XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 23:56

Avropa Liqası:"Qarabağ" "Vilyarreal"a, "Sivasspor" isə "Makkabi"yə məğlub oldu

UEFA Avropa Liqasının I qrupunun II turunda “Qarabağ” Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İspaniyanın “Vilyarreal” komandasını qəbul edib.

Strateq.az xəbər verir ki, ilk turda “Makkabi”yə məğlub “Qarabağ” güclü rəqibi qarşısında əzimli oyunu ilə 78-ci dəqiqədə hesabı açıb. Lakin cəmi 2 dəqiqə sonra hesaba tarazlıq gəlib.

Bundan 5 dəqiqə sonra (85-ci dəqiqə) ispan komandası fərqi artırıb.

Oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqəsində isə “Qarabağ”ın qapısına penalti təyin olunub.

Rəqib bu dəfə də dəqiq oynayıb – 1:3.

Beləliklə, oyun bu heabla başa çatıb – 1-3.

Qrupun digər qsrşılaşması isə “Sivasspor”la “Makkabi” arasında keçirilib. İlk oyunda “Vilyarreal” komandasına 5-3 hesabı ilə məğlub olan  türk komandası bu dəfə də İsrail komandası ilə  bacarmayıb – 1:2.

Beləliklə, qrupda “Makkabi” və ispan komandası 6 xalla 1 və 2-ci yerləri bölüşür, “Qarabağ” və “Sivasspor” isə xalsızdır.