XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2020 - 17:50

Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub- VİDEO

Ermənistan din xadimlərini də Azərbaycana qarşı döyüşlərə göndərir. 

APA-nın məlumatına görə, hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.

Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Araratoviç Sahakyan din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq, silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir.

Hovsep Sahakyan “Youtube” və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.